400 minlik korrupsiya faktının üstü açıldı

400 minlik korrupsiya faktının üstü açıldı
  19 İyun 2013    Oxunub:1126
“Törnist Konstrakşn” MMC-nin direktorunun qanunsuz əməlləri ifşa edilib
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla “Törnist Konstrakşn” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ceyhun Quliyevin cəmiyyətə məxsus külli miqdarda pul vəsaitini mənimsəməsi faktları aşkar olunub.

İdarənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumnata görə, müəyyən edilib ki, C.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif banklardan, habelə cəmiyyətin hesablaşma hesablarından nağd şəkildə çıxarılmış 419.0 min manat məbləğində pul vəsaitini müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəyib və bununla cəmiyyətə külli miqdarda ziyan vurub.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Mirvari



Teqlər:  





Xəbər lenti