Mədəni irs nümunələrimiz pasportlaşdırılır
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
O xatırladıb ki, Azərbaycanda təxminən 7 minə qədər mədəni irs nümunələri mövcuddur və hazırda bunun 20-25 faizə yaxını pasportlaşdırılıb:
“Abidələrin pasportlaşdırılması uzunmüddətli prosesdir. Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərindəki mədəni irs nümunələrimiz də siyahıdadır. Torpaqlarımz geri qaytarılandan sonra onların aqibəti bəlli olacaq”.