`Həmsədr ölkələrin bəyanatında mövqeyimiz öz əksini tapıb`

`Həmsədr ölkələrin bəyanatında mövqeyimiz öz əksini tapıb`
  19 İyun 2013    Oxunub:1297
Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədr ölkələrin bəyanatında Azərbaycanın mövqeyi öz əksini tapır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

O bildirib ki, Azərbaycanın mövqeyi pragamatikliyi ilə seçilir. Azərbaycan münaqişənin ədalətli həllini dəfələrlə vurğulayıb və bu həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Ədalətin bərpası işğal olunmuş ərazilərin qaytarılması və qaçqınların oz torpağlarına qayıtmasıdır:

"Həmsədr ölkələrin prezidenləri tamamilə düz buyurublar ki, hərbi gücdən istifadə qarşıdurma və qeyri-stabilliyin yaradılmasına səbəb olur. Bunun qarşını almaq üçün Azərbaycan torpaqları geri qaytarılmalı və Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Gücdən istifadə etməmək prinsipi Ermənistan tərəfindən pozulub və bunun da nəticəsi Azərbaycanın torpaqlarının işğalıdır".



Teqlər:  





Xəbər lenti