“Müəlliflik hüquqları üzrə göstəricilər artıb”- Kamran İmanov

“Müəlliflik hüquqları üzrə göstəricilər artıb”- Kamran İmanov
  19 İyun 2013    Oxunub:2289
Azərbaycanda son on il ərzində müəlliflik hüquqlarına və əlaqəlik hüquqlarına əsaslanan göstəricilər 2.1%-dən 4.5%-ə qədər artıb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Müəllif Hüququları Agentliyinin sədri Kamran İmanov bildirib.

Onun sözlərinə görə, əldə olunan nəticələr imkan verir ki, biz biliklərə əsaslanan cəmiyyətə keçək:

“Əqli mülkiyyətin digər rolu ondan ibarətdir ki, öz mədəni əhəmiyyəti ilə yanaşı, informasiya cəmiyyətinin formalaşmasında böyük rol oynayır. Bu səbəbdən 2020 konsepsiyasında bu bəndlər əksini tapıb. Xüsusiylə qeyd olunub ki, əqli mülkiyyətlə bağlı rəqəmli hüquqlarının idarə edilməsi, 2020-ci il üçün internetdə tam şəkildə həyata keçirilməlidir”.

K.İmanov vurğulayıb ki, qarşımızda duran məsələlərdən biri hüquqların idarə edilməsi üşün rəqəmsal monitorinq və lisenziyalaşdırma sistemi yaratmaqdır.

“Bunlar onlayın sistemlərdir. Bu sistem bir mərkəzdən bütün hüquqların birbaşa idarə olunmasına şərait yaradacaq. Bu layihə 9 Avropa ölkəsi ilə müştərək şəkildə həyata keçirilib və sistem tam şəkildə hazırdır”.

K.İmanov söyləyib ki, son 5 ildə müəlliflik hüquqlarının pozulması ilə bağlı müxtəlif seqmentlərdə 9-dan 21%-ə qədər azalma baş verib. Yəni kompyuter proqramları ilə bağlı 9%, kitab nəşrində isə 21% azalıb. Foto, video və CD qanunsuz satışında 16% azalma müşahidə olunub.




Teqlər:  





Xəbər lenti