Tələbələrimiz Beynəlxalq Olimpiya Akademiyasında

Tələbələrimiz Beynəlxalq Olimpiya Akademiyasında
  19 İyun 2013    Oxunub:1400
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Beynəlxalq Olimpiya Akademiyası arasında Olimpiya təhsili sahəsində əməkdaşlığa dair razılığa əsasən, iyun ayının 11-dən 25-dək Beynəlxalq Olimpiya Akademiyası tərəfindən Afinada təşkil edilən Gənc İştirakçıların 53-cü Sessiyasında iştirak etmək məqsədi ilə azərbaycanlı tələbələr dəvət olunublar.
Bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4 tələbəsi və 1 müəllimi, o cümlədən 1 məşqçi Afinaya ezam olunub.
Sessiyada tələbələr “Olimpiya dəyərləri”, “Olimpizm və sülh”, “Olimpizm və humanizm dəyərləri”, “Olimpiya hərəkatının tarixi”, “Olimpiya təhsili” və digər mövzularda mühazirələr dinləyir, seminarlarda iştirak edirlər.
İyunun 12-də tədbirin açılış mərasimi keçirilib, iştirakçı ölkələrin təqdimatı olub. Afinanın tarixi yerləri ilə qısa tanışlıqdan sonra iştirakçılar qədim Olimpiya kəndinə yola düşüblər. İngilis dilində təşkil edilmiş bu tədbirin əsas proqramı məhz Olimpiya kəndində həyata keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti