Əli Həsənov:“Beynəlxalq konvensiyalara əməl olunmur”

Əli Həsənov:“Beynəlxalq konvensiyalara əməl olunmur”
  18 İyun 2013    Oxunub:1446
“20 ildir ki, 1 milyon insanın hüquqları pozulur”
“Dünyadakı konfliktli zonaların sayı ilbəil artır. Əgər 20 il bundan qabaq dünyada 20 milyona yaxın qaçqın və məcburi köçkün var idisə, bu ilki rəqəmlərə görə isə 36 milyon dan çox qaçqın var”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası, Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ombudsmanların 11-ci Bakı Beynəlxalq konfransında çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, ilbəil konfransda iştirak edənlərin sayı artır və xarici ölkələrin ombudsmanları da bu tədbirdə iştirak edir.

“Bu konfransa maraq ilbəil artır. Burada Azərbaycanın çox tanınmış hüquqşünasları iştirak edirlər. Ümumiyyətlə Azərbaycan bu gün nəinki, beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə, dünyanın maraq mərkəzinə çevrilibdir ki, bu da faktdır. Bura gələnlər təbii ki, mətbuat vasitəsilə Azərbaycanın inkişafından xəbərdardılar. Növbəti dəfə təklif edərdim ki, bu tədbirlərdən biri Azərbaycanın regionlarında keçirilsin. Gələn qonaqlar görsünlər ki, Azərbaycanda tək Bakı deyil, onun regionları da genişmiqyaslı inkişaf edib”.

Qaçqınkomun sədri tədbir barədə bildirib ki, dünyanın inkişafı yüksəldikcə, insan cəmiyyətinin inkişafı yüksəldikcə, insan hüquqlarının qorunması da yüksəlir və onun yüksək səviyyədə təmin olunmasına ehtiyac qalmır. İqtisadi inkişaf yüksəldikcə siyasi inkişaf onun arxasınca getməlidir. Yəni dünya təcrübəsi bunu bir daha göstərir ki, nə qədər iqtisadiyyat inkişaf edirsə, insan hüquqlarının qorunmasına ehtiyac bir o qədər artır”.

Azərbaycanın Qarabağ problemində danışan nazir müavini deyib ki, beynəlxalq konvensiyaların əksəriyyətinə əməl olunmur. Onun sözlərinə görə, beynəlxalq konvensiya ilə işləyən hüquqşünasları bu məsələ düşündürməlidir.

“Nə üçün bunun icra mexanizmləri kifayət qədər deyil.Və ya bunun icra mexanizmi varsa, niyə eyni səviyyədə hər bir dövlətdə tətbiq olunmur? Azərbaycanda 20 ildir ki, 1 milyon insanın hüquqları pozulur. AŞPA və BMT-nin insan hüquqları komissiyası da bura gələndə bizə irad tuturlar ki, guya biz həmin insanların hüquqlarını tam təmin etmirik. Çox maraqlı bir yanaşmadır. Bunu ona görə deyirəm ki, bu hallarla şəxsən özüm qarşılaşıram. Azərbaycanın 20 ildir ki, torpaqları işğal altındadır. Dünyanın bütün mötəbər qurumları bu istiqamətdə qərarlarını qəbul ediblər. Çox təəssüflər olsun ki, qəbul olunmuş heç bir qərar icra olunmur. Onda hansı insan hüququnun qorunmasından söhbət gedə bilər? Həmin bu insan hüquqları ilə məşğul olan qurumlar yaxşı olar ki, həmin qurumların qəbul etdiyi qanunların icrası ilə məğul olsun.

Qoy gəlsinlər bizə hüquq dərsi keçsinlər. Onda biz hüquq dərsini qəbul edərik. Ancaq biz görəndə ki, qərarlar icra olunmur, biz o məsləhətləri necə qəbul edək?. Bizi düzgün başa düşmək lazımdır. Ümumiyyətlə dünyadakı konfliktli zonaların sayı ilbəil artır. Əgər 20 il bundan qabaq dünyada 20 milyona yaxın qaçqın və məcburi köçkün var idisə, bu ilki rəqəmlərə görə isə 36 milyondan çox qaçqın var.Belə təəssürat yaranır ki, dünyanın mötəbər qurumları bu işlə məşğuldurlar. Bəs niyə bu konfliktlərin sayı artır?. Biz qoşulduğumuz bütün konvensiyaların şərtlərinə əməl edirik. Bəs niyə bu konvensiyaya əməl etməyənlərə münasibət dəyişmir. Dünyada ikili standarlar çoxdan köhnəlib. Artıq hərtərəfli yanaşma ortaya çıxıb”.

Anar


Teqlər:  





Xəbər lenti