Oqtay Şirəliyev tapşırıq verdi

Oqtay Şirəliyev tapşırıq verdi
  18 İyun 2013    Oxunub:1584
Şəki Mərkəzi Rayon Xəstəxanasının nəzdindəki doğum evinin bazasında yaradılmış regional Perinatal mərkəzin açılışı olub.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev, şəhər rəhbərliyi, mərkəzin həkim və orta tibb işçiləri mərasimin açılışında iştirak ediblər.

Bildirilib ki, mərkəz Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Ana və uşaqların sağlamlıqlarının qorunmasına dair tədbirlər Proqramı”na uyğun olaraq təşkil olunub 1985-ci ildən fəaliyyət göstərən bu binada 2011-ci ildən əsaslı təmir işlərinə başlanılıb.

Dünya standartlarının tələblərinə cavab verən ən müasir tibb avadanlığı ilə təchiz edilmiş mərkəzdə hamiləliyin patologiyası, anesteziologiya və reanimasiya, yeni doğulmuşların intensiv terapiyası, məsləhət və digər şöbələr fəaliyyət göstərir. Mərkəzdə çalışan mama-ginekoloq, həkim və orta tibb işçiləri Türkiyənin qabaqcıl xəstəxanalarında ixtisaslarını artırmış mütəxəssislərdir. Mərkəz 9 rayonun əhalisinə xidmət göstərəcək..

Mərkəzin binası ilə yaxından tanış olan nazir O.Şirəliyev kollektivə tapşırıq və tövsiyələrini verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti