Daha 3 rayon yeni AXCP-yə qoşuldu

Daha 3 rayon yeni AXCP-yə qoşuldu
  30 Sentyabr 2015    Oxunub:2444
AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin rayonlar üzrə konfransları uğurla davam edir.
AzVision.az Cebhe.info- ya istinadən xəbər verir ki, Şuşa, Xəzər və Salyan cəbhəçiləri keçirdikləri konfransda Razi Nurullayevi dəstəkləyərək, AXCP EQTK sıralarına qoşulduqlarını bəyan ediblər. Şuşa konfransında Ceyhun Həsənov sədr, Pərviz Dadaşov isə Ali Məclis üzvü seçilib.Xəzər rayonunda keçirilən konfransda da seçki baş tutub.

Zaur Əliyev bundan sonra rayon təşkilatının sədri, Elşən Qafarov isə Ali Məclis üzvü olacaq. Salyanda keçirilən səsvermədə Samir Muradov sədr seçilib. Elçibəy Məmmədov isə rayon təşkilatını Ali Məclisdə təmsil edəcək.


Teqlər:





Xəbər lenti