Avqustda peşə məktəblərinə sənəd qəbulu başlayacaq

Avqustda peşə məktəblərinə sənəd qəbulu başlayacaq
  14 İyun 2013    Oxunub:1104
İlk peşə-ixtisas təhsili müəssisələrinə sənədlərin qəbuluna avqust ayında başlanılması nəzərdə tutulur. Qəbul prosesi başa çatdıqdan sonra bu məsələ ilə bağlı məlumat veriləcək.
AzVision.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər veirir ki, hazırda respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrində 30343 nəfər təhsil alır ki, onlardan 21909 nəfəri (72.2%) oğlan, 8434 nəfəri (27.8%) isə qızdır.

Peşə məktəblərində müraciət edənlər daha çox “Mühasibat işi”, “İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti”, “Kənd təsərrüfatı nəqliyyatına və elektrik avadanlığına xidmət” kimi ixtisaslara üstünlük verirlər. “Arıçılıq”, “İnteryer və eksteryerin bədii tərtibatı” və “Quyuların təmiri” isə ən az müraciət edilən ixtisaslardır.

AzVision.az

Teqlər:  







Xəbər lenti