Ərdoğan sonuncu xəbərdarlığını etdi

Ərdoğan sonuncu xəbərdarlığını etdi
  13 İyun 2013    Oxunub:1369
Avropa Parlamentinin “Türkiyəni qınayırıq” açıqlaması baş nazir Rəcəb Tayyib Ərdoğanı özündən çıxarıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıqlamanı şərh edən baş nazir Avropa Parlamentinin qəbul etdiyi qərarları tanımadığını deyib:

“Türkiyə ilə bağlı qərar qəbul edənlər öncə Yunanıstan haqqında düşünsünlər. Xalq polislə qarşı-qarşıya gələrkən, Avropa Parlamenti onlara pulla təsir etməkdən savayı hansı nə iş gördü? Avropa Parlamentinə üzümü tutaraq deyirəm ki, sənin ölkəmlə bağlı qərarlar qəbul etmək haqqın yoxdur”.

Ərdoğan həmçinin vurğulayıb ki, sabah Ədalət və İnkişaf Partiyasının geniş tərkibdə iclası keçiriləcək və necə oyun oynamaq lazım olduğunu sizə göstərəcəyik:

“Ankarada, İstanbulda mitinqlər keçirəcəyik. Məqsədimiz kütlənin qarşısına başqa bir kütləni çıxarmaq deyil. Məqsədimiz səssiz qalanların səsini dünyaya çatdırmaqdır. Təəssüflər olsun ki, bəzi kütləvi informasiya vasitələri hadisələri şişirdərək “Türkiyə yanır, dağılır” şəklində xəbərlər dərc edir. Bütün bunları aydınlaşdırmq, belə olmadığını izah göstərmək lazımdır. Baş verənlər bütün Türkiyəyə aid edilməməlidir”.

Ərdoğan polislərin gözyaşardıcı qazdan istifadə etməsinə də aydınlıq gətirib:

“Yeri gələrsə, gözyaşardıcı qazdan da istifadə edərik, təzyiqli su maşınlarından da. Bu polisin ən təbii hüququdur. Hər şeydən danışırıq, amma polislərdən danışan yoxdu. 600 nəfər polisimiz yaralanıb. Bir polisimiz şəhid olub. Bəs nəyə görə bütün bunları gündəmə gətirmirsiniz? İnciməyin, mənim polisim vəzifəsini yerinə yetirməlidir Taksim gəzinti parkı nümayişçilərin deyil. Parkda “nəcis” qoxusundan nəfəs almaq mümkün deyil”.

Ərdoğan səbrinin tükəndiyini də dilə gətirərək,valideynlərə övladlarına sahib çıxmağa çağırıb:

“Sonuncu dəfə xəbərdarlıq edirəm ki, övladlarınıza sahib çıxın. Kənara çəkilin, qeyri-qanuni təşkilatlarla necə mübarizə aparacağımıza tamaşa edin”.

Mirvari



Teqlər:  





Xəbər lenti