Daha bir kəndə qaz verildi

Daha bir kəndə qaz verildi
  13 İyun 2013    Oxunub:1283
Bərdə rayonunun Kətəlparaq kəndinə təbii qaz verilib
AzVision.az xəbər verir ki,Bərdə rayonunun Kətəlparaq kəndinə təbii qazın verilməsinin bərpası münasibəti ilə tədbir keçirilib. Tədbirdə ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
725 abonenti olan Kətəlparaq kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 43196 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 29 ədəd siyirtmə, 725 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AzVision.az





Teqlər:  





Xəbər lenti