Xalq şairinə böyrək köçürüləcək

Xalq şairinə böyrək köçürüləcək
  13 İyun 2013    Oxunub:1263
“Payızda Almaniyada əməliyyat olunacağam”.
“Yavaş-yavaş səhhətimdə irəliləyişlər var. İyulun 15-də müayinə üçün yenidən Almaniyaya gedəcəyəm. Müayinədən sonra həkim səhhətimlə bağlı rəyini verəcək. Sentyabr ayında əməliyyat olunmalıyam, böyrək köçürüləcək. Hər üç aydan bir müayinə üçün Almaniyaya gedirəm”.

Bu barədə AzVision.az-a açıqlamasında xalq şairi Zəlimxan Yaqub deyib.

Şair bildirib ki, hazırda müalicələrini davam etdirir: “Həftənin tək günləri işə çıxıram, cüt günləri isə müalicə olunuram. Hələ ki yaxşıyam, işləyirəm, tədbirlərdə iştirak edə bilirəm. Səhhətimlə bütün dostlarım, şairlər, sənət adamları, jurnalistlər maraqlanır, hamı sağ olsun”.

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub ötən ilin əvvəlində Almaniyada cərrahiyə əməliyyatı olunub və hər iki böyrəyi çıxarılıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti