Fizuli Ələkbərov BƏT-in Baş direktoru ilə görüşüb

Fizuli Ələkbərov BƏT-in Baş direktoru ilə görüşüb
  13 İyun 2013    Oxunub:1650
Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin başçısı, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla BƏT-in baş direktoru Qay Rayder arasında görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən xəbərə görə, görüşdə nazir Fizuli Ələkbərov prezident İlham Əliyevin düzgün düşünülən və məqsədyönlü siyasəti sayəsində ölkədə son 9 ildə 3 dəfədən çox iqtisadi artıma nail olunduğunu deyib. Bu dövrdə mühüm dövlət proqramları nəticəsində qeyri-neft sektorunun milli iqtisadiyyatda daim genişləndiyi, ölkədə 1 milyon 200 mindən çox yeni iş yerinin yaradıldığı, işsizliyin 5,2%-ə, yoxsulluğun dəfələrlə azalaraq 6%-ə endiyi diqqətə çatdırılıb.

Q.Rayder Azərbaycanın bir çox sahələrdə olduğu kimi, qeyd olunan sahələrdə də inkişaf praktikasının bir çox ölkələrə ötürülə biləcəyini, BƏT-in bundan sonrakı mərhələdə Azərbaycanla əməkdaşlığını ölkənin əldə etdiyi nailiyyətlərə uyğun şəkildə davam etdirəcəyini vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti