“Azərbaycanda siyasi məhbus yoxdur”

“Azərbaycanda siyasi məhbus yoxdur”
  13 İyun 2013    Oxunub:1299
“Xarici qüvvələr Azərbaycanda qarışıqlıq yaratmağa çalışırlar”.
Milli Məclisin növbədənkənar iclası davam edir.YAP icra katibinin müavini Siyavuş Novruzov çıxışı zamanı bildirib ki, Azərbaycanda syiasi məhbus yoxdur. Onun sözlərinə görə, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş insanlar var:“Nəyə görə Avropa Məhkəməsi bir müəllimin, həkimin şikayətinə baxmır, ancaq başqa müraciətlərlə bağlı dərhal bəyanat verir? Azərbaycanda seçki mühitində hər kəsin fikrini söyləməsi, namizədliyini verməsi hüququ var. Öz partiyalarında hörməti olmayanlar qaçıb başqa dərnəklərdə namizədliklərini verirlər. Bilirlər ki, seçkidə 1 faizdən çox səs toplaya bilməyəcəklər. Ona görə də “filankəs tutuldu, seçkiyə kölgə düşdü”, “göydən daş yağdı, seçkiyə kölgə düşdü” deyərək müxtəlif bəhanələr gətirirlər”.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu msələ ilə bağlı bağlı daxildə hər hansı bir narahatlıq yoxdur:“Amma xarici qüvvələr Azərbaycanda qarışıqlıq yaratmağa çalışırlar. Azərbaycan dövləti isə bunun qarşısını hər zaman alıb”

Sevinc iltifatqızı


Teqlər:  





Xəbər lenti