İlanlardan qorunun

İlanlardan qorunun
  13 İyun 2013    Oxunub:1446
Müraciətlərin sayı artıb
Yay mövsümü başlar-başlamaz ilan sancmalarının da sayı artıb. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun AzVision.az-a verdiyi məlumata görə, may ayından bəri gürzə ilanının zəhəri ilə toksikologiya şöbəsinə 15 nəfər müraciət edib :

“May ayında gürzə ilanının zəhəri ilə toksikologiya şöbəsinə 12 nəfər qəbul olunub. Onlardan birinin 13 yaşı olub. Qalan müraciət edənlərin 50 faizi qadın, 50 faizi kişi olub. Onların 12-də sağ –salamat evə yazılıb. Heç bir ölüm hadisəsi olmayıb”

Şöbə müdirinin sözlərinə görə, iyun ayı başlayandan isə 3 nəfər gürzə ilanının zəhəri ilə daxil olub :“Hazırda 3 nəfər hələ də müalicəsini davam etdirir. Əqrəb sancması ilə bağlı 3 müraciət olub, amma, onları zəhərlənmə faktı kimi qeydə almamışıq, çünki zəhərlənmə simptomları olmayıb. Məsləhət kimi müraciət ediblər”

A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən, Qəbələ Kürdəmir, Mingəçevir,Qazax, Tovuz regionlardan olub. Bakı şəhərindən heç bir müraciət daxil olmayıb.

Şöbə müdiri onu da əlavə edib ki, şöbəyə dərman zəhərlənmələri ilə bağlı bu ay başlayandan indiyənə kimi 8 müraciət daxil olub: “Onların vəziyyəti orta ağır olub, əsas 25-35 və 50 -55 yaş qrupunda olanlar müraciət ediblər”

Nihadə


Teqlər:  





Xəbər lenti