Xarici işlər naziri Avropa İttifaqının nümayəndəsi ilə görüşüb

  Xarici işlər naziri Avropa İttifaqının nümayəndəsi ilə görüşüb
  13 İyun 2013    Oxunub:1207
AzVision.az xəbər veriri ki, xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Filip Lefort Cənubi Qafqaz ölkələrinə son səfəri barədə məlumat vermiş və keçirdiyi görüşləri yüksək qiymətləndirib. Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Avropa İttifaqının regionun inkişafında, stabilliyin qorunub saxlanılmasında maraqlı olduğunu və bunun üçün lazımi dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumat veib və bu münaqişənin ədalətli həlli perspektivləri bağlı öz fikirlərini çatdırıb.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regionun inkişafına verə biləcəyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb.


AzVision.az


Teqlər:  





Xəbər lenti