Uşaqlarımız bağçalarda nələri yeyə bilər?

Uşaqlarımız bağçalarda nələri yeyə bilər?
  12 İyun 2013    Oxunub:1630
Uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan əsas qida məhsullarının siyahısını təqdim edirik
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nı təsdiq edib. Komitənin informasiya texnologiyalari və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, məktəbəqədər təhsil müəssisələrində bəzi ərzaqlara qadağa qoyulub. Ancaq uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan əsas qida məhsullarının siyahısını təqdim edirik:

Ət və ət məhsulları:
- I kateqoriyalı mal əti;
- dana əti;
- qoyun ətinin yağsız növləri;
- soyudulmuş quş əti;
- dovşan əti;
- həftədə ən çoxu 1-2 dəfə termiki emaldan sonra uşaq qidası üçün
bişirilmiş sosiskalar, sardelkalar (mal ətindən), kolbasalar;
- kəsmik və kəsmik məmulatları;
- acı olmayan pendir növləri (məktəbəqədər uşaq qidası üçün bərk, yarımbərk, yumşaq, ərgin pendirlər);
- xama (10% , 15% yağlılıqda) – termiki emaldan sonra;
- sənaye istehsalı olan turş süd məhsulları; qatıq, kefir, yoqurtlar,
- qaymaq (10% yağlılıqda);

Qida yağları:

- kərə yağı (72.5%, 82,5% yağlılıqda);
- bitki yağı (günəbaxan, qarğadalı, zeytun)- salatlara, veneqretlərə, ikinci xörəklər;
Qənnadı məmulatları:
- zefir, pastila, marmelad;
- şokolad və şokoladlı konfetlər- həftədə ən çoxu 1 dəfə;
-qaletlər, peçenye, krekerlər, vaflilər, pryaniklər, kekslər, şəkər çörək və şəkərbura (minimal miqdarda qida aromatizatorları və boyalar olan məhsulları üstünlük təşkil edir);
- pirojnalar, tortlar ( kremsiz);
- sənaye istehsalı olan cemlər, mürəbbələr, povidlo, bal.

Tərəvəzlər:

- təzə tərəvəzlər: kartof, ağ kələm, kök, qırmızı kələm, brüssel və gül kələmi, brokkoli, dəniz kələmi, kök, şəkər çuğunduru, xiyar, pomidor, şirin istiyot, yunan qabağı, badımcan, patisson, göy və baş soğan, cəfəri, şüyüd, kahı, turşəng, ispanaq, kərəviz, qırmızı turp, ağ turp, balqabaq.
- tez dondurulmuş tərəvəzlər ( təmizlənmiş yarımfabrikatlar): kartof, brüssel və gül kələmi, brokkoli, kök, şəkər çuğunduru, yunan qabağı, badımcanlar, baş soğan, ispanaq, kərəviz, balqabaq, noxud, yaşıl lobya.

Meyvələr:

- alma, armud, banan, gavalı, şaftalı, ərik, giləmeyvələr ( çiyələkdən başqa, o cümlədən tez dondurulmuş meyvələr);
- sitrus növlü ( portağal, naringi, limon) - orqanizmin qəbul edib etməməsi nəzərə alınmaqla;
- qurudulmuş meyvələr;
- paxlalılar fəsiləsi: noxud, lobya, mərci;
- fındıq, badam, qoz ləpəsi;

Şirələr və içkilər:

- sənaye istehsalı olan təbii şirələr və nektarlar (şəffaflaşdırılmış və meyvə ləti ilə);
- təbii meyvə əsasında sənaye istehsalı olan içkilər;
- konservantlar və süni əlavələr olmadan sənaye istehsalı olan vitaminləşdirilmiş içkilər;
- qəhvə (surroqat), kakao,çay.

Konservlər:

- pörtlədilmiş mal əti (istisna şəkildə ət olmadıqda) birinci xörəklərin hazırlanması üçün;
- qızılbalıq, sayra (şorbaların hazırlanması üçün);
- kompotlar, dilimlənmiş meyvələr;
Çörək (çovdar, buğda və ya çövdar və buğda ununun qarışığından alınan, zənginləşdirilmiş çörəyi üstün tutaraq),yarmalar (qarabaşaq, yulaf, buğda), makaron məmulatları- məhdud olmadan bütün növlər.
Yodlaşdırılmış xörək duzu.

Maliyyə imkanları olduqda əlavə olaraq uşaqların qidalanmasında aşağıdakılar istifadə oluna bilər:

-dənəvər nərə və qızılbalıq (losos) kürüsü (iki həftə ərzində bir dəfədən tez olmayaraq);
-qırmızı duzlu balıq (qorbuşa, keta üstün olmaqla)- iki həftə ərzində bir dəfədən tez olmayaraq.

AzVision.az



Teqlər:  





Xəbər lenti