Putin boşanmasından danışdı

Putin boşanmasından danışdı
  12 İyun 2013    Oxunub:1220
“Dini kəbin kəsdirməmişik”
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin həyat yoldaşı Lyudmila Putina ilə boşanmaları haqqında yenidən danışıb. O bildirib ki, bu qərarı açıqlamaq gizləməkdən daha yaxşıdır. Putin kəbinlərinin olmadığını bildirib:

“Biz heç vaxt dini kəbin kəsdirməmişik. Mən və Lyudmila Aleksandrovna açıq və dürüst şəkildə vəziyyəti açıqlamağı üstün tutduq. Bu gizlətməkdən daha yaxşıdır”-deyə, ölkə başçısı əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə Vladimir Putin öz həyat yoldaşı Lüdmila Putina ilə boşandığını təsdiqləyib. Onlar “Rossiya-24” kanalına verdikləri açıqlamada bunu qarşılıqlı razılıq əsasında həyata keçirdiklərini bildiribər.

AzVison.az


Teqlər:  





Xəbər lenti