Komitə sədri vətəndaşları qəbul edəcək

Komitə sədri vətəndaşları qəbul edəcək
  12 İyun 2013    Oxunub:1253
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Zaqatalada vətəndaşlarla görüşəcək.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 15 iyun 2013-cü il tarixində, saat 14:00-da Zaqatala şəhərində, Rayon Mədəniyyət Evində vətəndaşlar üçün açıq qəbul keçirəcəkdir. DQİDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda Zaqatala ilə yanaşı, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Əlaqə üçün: DQİDK-nın bölgə şöbə müdiri: Mehman İsmayılov

Tel: (024) 225-32-23

AzVision.az


Teqlər:





Xəbər lenti