Hüseyn Bağırov rayon sakinləri ilə görüşüb

Hüseyn Bağırov rayon sakinləri ilə görüşüb
  12 İyun 2013    Oxunub:1272
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Ağcabədidə vətəndaşlarla görüşüb
Bu gün Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Ağcabədi şəhərində yerləşən Qarabağ Muğam Mərkəzində Ağcabədi, Beyləqan, İmişli, Zərdab, Tərtər, Bərdə, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşlarla görüşmüş, onların şikayət və təkliflərini dinləyib.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağirovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak etmiş və bölgə rayonlarından olan 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb.

Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermiş, vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapmış, şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülüb.

Qeyd edək ki, belə xarakterli görüşlərin ölkənin digər regionlarında da təşkilinin davamı nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti