Sabah 32 dərəcə isti olacaq

Sabah 32 dərəcə isti olacaq
  12 İyun 2013    Oxunub:1127
Havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 16-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Şıx, Sahildə 22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti