Dondurma müəssisələrində yoxlamalara başlanılıb

Dondurma müəssisələrində yoxlamalara başlanılıb
  12 İyun 2013    Oxunub:1234
“İdxal olunan dondurmalarla bağlı da mütəmadi olaraq yoxlamalar aparılır”
AzVision.az xəbər verir ki, bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbəsinin müdiri Məsim Babayev deyib. O, bildirib ki, bu gün artıq bizim şöbənin əməkdaşları tərəfindən 2-i dondurma müəssisəsində yoxlama aparılıb.

“Yəqinki həftə ərzində həmin dondurmalarla bağlı labarator analizlərin nəticəsi məlum olduqdan sonra biz mətbuata geniş məlumat verəcəyik. Bununla yanaşı idxal məhsulları dondurmalarla bağlı da mütəmadi olaraq yoxlamalar aparılır və yəqin ki keyfiyyətlə bağlı hər hansı bir kənara çıxma olacaqsa, mətbuata əlavə məlumat veriləcək”.

Anar


Teqlər:  





Xəbər lenti