Bu çayların satışı qadağan edildi

Bu  çayların satışı  qadağan edildi
  12 İyun 2013    Oxunub:1549
“Almaniyanın “Humana” firmasında tərəfimizdən yoxlama tədbirləri aparılıb. Yoxlama zamanı uşaq qidalarında hər hansı bir təhlükəsizlik göstəricilərindən kənara çıxma olmayıb”.

AzVision.az xəbər verir ki, bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbəsinin müdiri Məsim Babayev deyib. O, bildirib ki, firmada hər şey tamamilə normaya uyğun olub.
“Yalnız həmin firmaya uyğun olan bir neçə adda çay məhsulu sertifikatlaşdırılmadığı üçün həmin çayların satışına qadağa qoyulub. Həmin çay məhsullarının sertifikatlaşdırılması üçün firma tərəfindən komitəyə müraciət olunub. Aparılan labarator analizlərin nəticəsində Melisa və Alma çaylarında maya göbələkləri normadan artıq olub və raziyana və cirə çaylarında isə kif və maya göbələkləri normadan artıq olduğu üçün həmin məhsullar sertifikatlaşdırlmamış və həmin çayların satışına qadağa qüvvədə qalıb. Firmaya həmin məhsulların istehlak bazarında geri yığılması barədə göstəriş verilib”.

M.Babayev bildirib ki, uşaq qidalarında yoxlamalar aparılır və hər hansı bir ciddi qanun pozuntusu aşkar olunmayıb. “Həmin firmanın yeni gətirilən məhsullarına da baxış keçiriləcək. Hər hansı bir qanun pozuntusu yoxdursa, satışına icazə veriləcək”.

Komitə rəsmisinin sözlərinə görə, çörəyin normativ sənədləri ilə bağlı texniki komitə yaradılıb. “Həmin texniki komitədə çörəyin yeni standartın işlənməsi, hazırlanması işləri gedir. Bu komitəyə çörək istehsalçıları ilə yanaşı , QHT rəhbərləridə dəvət olunub. Biz bu arədə müzakirələr aparırıq ki, konkrtet şəkildə çörək qablaşdırılsın. Əgər yeni standartda məcburi qablaşdırma nəzərdə tutulacaqsa, o zaman qablaşdırılması zəruri olacaq. Hazırda mövcud olan standartlarda çörəyin tamamilə qablaşdırlması məcburi xarakter daşımır”-deyə, M.Babayev əlavə edib.

Anar


Teqlər:  





Xəbər lenti