Arzu Rəhimov vətəndaşları qəbul edəcək

Arzu Rəhimov vətəndaşları qəbul edəcək
  11 İyun 2013    Oxunub:1383
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov iyunun 22-də Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək.

Xidmətin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, xidmətin Xaçmaz rayon şöbəsinin inzibati binasında (Xaçmaz şəhəri, A. Ələsgər küçəsi – 5) keçiriləcək qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilər.

Qəbula yazılmaq istəyən vətəndaşların iyunun 21-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

AzVision.az


Teqlər:





Xəbər lenti