Bağlı qapı arxasında qalan körpə

Bağlı qapı arxasında qalan körpə
  20 Fevral 2013    Oxunub:2224
Qapı təsadüfən bağlanıb və 1 yaşlı uşaq bağlı qapı arxasında qalıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:31-də başa çatıb.


Teqlər:





Xəbər lenti