"Qarabağın həlli Ermənistanla Türkiyənin yaxınlaşması deməkdir"

"Qarabağın həlli Ermənistanla Türkiyənin yaxınlaşması deməkdir"
  08 İyun 2013    Oxunub:1123
Rəsmi İrəvanda anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın Türkiyə ilə yaxınlaşmasına gətirib çıxaracaq.

"Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması regional müstəvidə çox əhəmiyyət kəsb edə bilər. Bu baxımdan bu danışıqlar dayanmamalı idi".

ATƏT-in Minsk Qrupunun Amerikadan olan keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bu fikirdədir: "Avropa Birliyi və ABŞ Ermənistan-Türkiyə yaxınlaşmasını Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən ayırmaqla böyük səhvə yol verdilər.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə Ermənistan-Türkiyə əlaqələrinin düzəlməsi prosesi bir-biri ilə əlaqəlidir və bunlara bir-birindən ayrı baxmaq yanlışdır.

İrəvanda anlamalıdırlar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın Türkiyə ilə yaxınlaşmasına gətirib çıxaracaq. Bir istiqamətdə tərəqqi digər istiqamətdə də tərəqqiyə səbəb olacaq.

Səbinə
AzVision.az


Teqlər:  





Xəbər lenti