"Roland Kobia Azərbaycana yaxşı dostdur"

"Roland Kobia Azərbaycana yaxşı dostdur"
  07 İyun 2013    Oxunub:1307
Bakıda Türkiyə səfirliyində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobianın diplomatik missiyasının başa çatması ilə əlaqədar rəsmi qəbul təşkil olunub.
AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Roland Kobianı çox gözəl bir insan və peşəkar diplomat kimi dəyərləndirib:

"Burada işlədiyim səkkiz ay ərzində onunla sırf dostluq əlaqələri qurmuşam. Ona yeni iş yerində uğurlar arzulayıram. Dost kimi onunla əlaqə saxlayacağam.

Roland Kobia sözün düzünü deyən insandır və mən hiss etdim ki, o, Azərbaycana yaxşı bir dostdur".

Daha sonra çıxış edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç diplomatik korpus adından bildirib ki, onun burada işlədiyi dörd il ərzində Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr daha da möhkəmlənib: "Kobia çox cavandır, eyni zamanda, çox təcrübəli bir diplomatdır. Ona yeni vəzifəsində uğurlar arzulayırıq".

Sonda söz alan tədbirin səbəbkarı Roland Kobia xoş sözlərə görə hamıya təşəkkürünü bildirib: "Çox simvolikdir ki, Türkiyə Avropa İttifaqı üçün belə bir tədbir təşkil edib. Burada işlədiyim 4 il mənim üçün çox yaddaqalan oldu. Mən vidalaşmıram, sadəcə sagollaşıram".

Sonda Roland Kobiaya xatirə hədiyyələri təqdim olunub.


Teqlər:





Xəbər lenti