XİN rəsmisi: “Ermənistan sərhədləri Rusiya tərəfindən idarə olunur”

XİN rəsmisi: “Ermənistan sərhədləri Rusiya tərəfindən idarə olunur”
  07 İyun 2013    Oxunub:1392
Bu gün Harvard Universitetinin Kennedy İdarəçilik Məktəbinin tələbələrinin iştirakı ilə “Azərbaycana Baxış” beynəlxalq forumu keçirilir

AzVision.az xəbər verir ki, forumda çıxış edən xarici işlər nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın inkişafına təsir edən amillərdən biri hesab etmədiyini bildirib. Nazir müavini qeyd edib i, 1991-ci ildə müstəqillik bərpa olunandan sonra 22 il ərzində ölkəmiz pozitiv olaraq inkişaf edib.

“Eyni zamanda neqativ hadisələrdə baş verib. Belə ki, torpaqlarımız işğal olunub. Torpaqlarından didərgin düşən vətəndaşlarımız öz torpaqlarına qaytarılmalıdır. Azərbaycanın bunu etmək üçün kifayət qədər ehtiyatı və qüvvələri vardır. Rusiya erməniləri silahla təmin edir ki, buda siyasətin reallığıdır. Rusiya tarixən regionda dominant ölkə olub və ermənilərin hərbi müttəfiqidir. Ümumiyyətlə ermənilərin sərhədləri Rusiya tərəfindən idarə olunur”-deyə, A.Əzimov əlavə edib.

Tədbirdə Harvard Universitetinin tələbələri xarici işlər nazirinin müavini Araz Əzimova onları maraqlandıran sualları veriblər. Nazir müavini xarici tələbələrin bütün suallarını cavablandırıb.

Daha sonra AzVision.az-a danışan xarici tələbələr burada olmaqlarından məmnun olduqlarını deyiblər.

Anar


Teqlər:  





Xəbər lenti