Araz Əzimov: “Müharibə Azərbaycanın seçimi deyil”

Araz Əzimov: “Müharibə Azərbaycanın seçimi deyil”
  07 İyun 2013    Oxunub:1244
“Azərbaycan hökuməti Dağlıq Qarabağı idarə etməyə hazırdır”.
“Ermənistanda gənc nəsil ölkəni tərk edir”. AzVision.az xəbər verir ki, bunu hazırda `Cümeyra` otelində keçirilən `Azərbaycana Baxış` forumunda xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Nazir müavini bildirib ki, bu hal hər kəs üçün milli faciə təsiri bağışlayır.

“Biz erməni liderlərini bunun nəticələri barədə düşünməyə çağırırıq”.

A.Əzimov bildirib ki, Dağlıq Qarabağ məsələsinin həll olunması üçün müharibə siyasi cəhətdən bizim üçün əlverişli həll üsulu deyil. Nazir müavini qeyd edib ki, biz bütün imkanlarımızı, müdafiə bacarıqlarımızı və təhlükəsizlik imkanlarımızı inkişaf etdiririk.

“Bu hazırlıq müharibəyə qarşı istifadə üçün nəzərdə tutulmayıb.Belə ki, Azərbaycanın silahlanmaya çoxlu pul ayırması barədə fərziyələr var. Hətta belə iddialar varki, neftdən gələn gəlirin böyük hissəsi orduya ayrılır. Amma bu heçdə belə deyil. Hazırda büdcədən müdafiə və təhlükəsizlik sahəsinə 3.6 faiz vəsait ayrılır. Bu isə 9 milyon əhalisi olan ölkə üçün yüksək göstərici deyil. Əminliklə deyə bilərəm ki, müharibə məsələnin həlli üsulu deyil. Müharibə digər tərəfdən siaysi həll konsepsiyasnı məhv edir. Müharibə Azərbaycanın seçimi deyil. Azərbaycan hökuməti öz administrasiyası modelində Dağlıq Qarabağı idarə etmək üçün hazırdır”,- deyə A.Əzimov vurğulayıb.

Anar


Teqlər:  





Xəbər lenti