DSMF: “Bu il pensiya xərcləri artıb”

 DSMF: “Bu il pensiya xərcləri artıb”
  07 İyun 2013    Oxunub:1438
2013-cü ilin yanvar-may aylarında əhaliyə 23,7 mln. manat məbləğində müavinət ödənilib.
Dövlət Sosial Müdafiə Fondundan AzVision.az-a verilən məlumata görə 2013-cü ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1091,8 mln. manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 25,3 mln. manat və ya 2,4 faiz çoxdur.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 25,4 mln. manat və ya 4,5 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz və ya 69,9 mln. manat artaraq 594,6 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,7 faizi və ya 378,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşür.

Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 69,3 mln. manat və ya 22,4 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 20,9 faiz və ya 65,4 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 49,7 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 70 faiz artıb.

2013-cü ilin yanvar-may aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 216,1 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz və ya 4,5 mln. manat artıb.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2013-cü ilin yanvar-may aylarında Fondun xərcləri 1030,9 mln. manat olmuşdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1012,3 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,0 mln. manat və ya 1,8 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,8 faiz və ya 17,1 mln. manat artaraq 988,7 mln. manat təşkil edib.

2013-cü ilin yanvar-may aylarında əhaliyə 23,7 mln. manat məbləğində müavinət ödənilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti