TQDK bu gün bölgələrdə buraxılış imtahanı keçirir

TQDK bu gün bölgələrdə buraxılış imtahanı keçirir
  07 İyun 2013    Oxunub:1201
9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu gün Naxçıvan MR, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvaniski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək.

9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da, 11-ci sinif şagirdləri üçün isə 15:00-da başlanacaqdır.

9 və 11-ci siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 92 imtahan mərkəzi ayrılıb. İmtahanda 32121 nəfər 9-cu sinif, 23835 nəfər isə 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulub.

AzVision.az



Teqlər:





Xəbər lenti