Azərbaycan Ermənistanı məhkəməyə verəcək

 Azərbaycan Ermənistanı məhkəməyə verəcək
  06 İyun 2013    Oxunub:1076
Azərbaycan işğal nəticəsində vurduğu zərərə görə təzminatın ödənməsi üçün Ermənistanı beynəlxalq məhkəməyə verəcək.
Bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənovun sözlərinə görə, artıq beynəlxalq ekspertlərin iştirakı ilə qiymətləndirmələr aparılır, dəyən zərərin miqyası müəyyənləşdirilir. İlkin hesablamalara görə, Azərbaycana 300 milyard dollardan artıq zərər dəyib:

«Azərbaycan prezidentinin tapşırığı belədir ki, qiymətləndirmə beynəlxalq səviyyədə olmalıdır. Sənədin hazırlanmasında Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası iştirak edir. Sənəd Azərbaycan alimlərinin, iqtisadçılarının, QHT-lərin iştirakı ilə beynəlxalq qiymətləndiricilər tərəfindən hazırlanacaq. Azərbaycan hökuməti bu sənədin hazırlanmasına müdaxilə etmir və etməyəcək.

Sənəd tam hazır olandan sonra Azərbaycan tərəfi təzminat tələbini irəli sürəcək. Ermənistan bunu ödəyə biləcək, bilməyəcək, öz işidir. Ermənilər neçə illərdir, tək işğal altındakı ərazilərin faydalı qazıntılarını çıxarmırlar, orada qalan digər sərvətlərimiz hesabına dolanırlar». (apa)





Teqlər:  





Xəbər lenti