Ombudsman kamera şəraiti ilə tanış olub

Ombudsman kamera şəraiti ilə tanış olub
  06 İyun 2013    Oxunub:1515
Ombudsman Aparatının əməkdaşları Abşeron Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama yerinə (MSY) baxış keçirib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Abşeron Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama yerinə (MSY) baxış keçirib və burada 15 sutka inzibati həbs olunan Mustafa Hacıbəyli ilə onun saxlanıldığı kamerada görüşüblər.

Görüş zamanı saxlanılma şəraiti araşdırılıb, pozuntu halları aşkar edilməyib.

M.Hacıbəyli ilə söhbət zamanı o, saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıq etməyib. Həmin şəxsə ailəsi ilə telefon danışığına şərait yaradılıb, Ombudsman Aparatının həkim əməkdaşı onun səhhəti ilə maraqlanıb və ciddi problem müəyyən olunmayıb.

Eyni zamanda müəssisə rəhbərliyinə bir sıra tövsiyələr verilib.



Teqlər:  





Xəbər lenti