Normativlər dəyişdi

Normativlər dəyişdi
  06 İyun 2013    Oxunub:1405
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilib
AzVision.az xəbər verir ki,Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana uyğun olaraq, Əsasnaməyə aşağıdakı məzmunda 8.13-1-ci yarımbənd əlavə edilir: "8.13-1. məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi qaydasının layihəsini hazırlamaq və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək".

Qeyd edək ki, "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli fərmanı ilə təsdiq edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti