Xalidə Xalid və sürücüsü ölkəmizə qayıtdılar

Xalidə Xalid və sürücüsü ölkəmizə qayıtdılar
  06 İyun 2013    Oxunub:1232
İranda həbsdən azad olunan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə İsmayılova (Xalidə Xalid) və onun sürücüsü Şamxal Hüseynov bu gün Azərbaycana qayıdıblar.

Onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında hadisə ilə bağlı jurnalistlərə heç bir açıqlama verməyiblər. AzVision.az-a danışan Xalidə Xalidin qızı Ləman Məmmədova bildirib ki, hələ anası ilə görüşməyiblər. Və səbirsizliklə analarının yolunu gözləyirlər.

Qeyd edək ki, aprelin 30-da İranda casusluqda ittiham edilərək saxlanılan Xalidə Xalidə və Şamxal Hüseynov dünən Azərbaycanın İrandakı səfirliyinə təhvil verilib.

Şəhanə


Teqlər:  





Xəbər lenti