Əsgər əsgəri güllələyib

Əsgər əsgəri güllələyib
  06 İyun 2013    Oxunub:1192
Azərbaycan Ordusunda növbəti ölüm faktı qeydə alınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Füzuli rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Hüseynov Əli Hüseyn oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində əsgər Rəhimov Mirqasım Vüqar oğlu dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti