İki avtomobil toqquşdu, ölən var

İki avtomobil toqquşdu, ölən var
  06 İyun 2013    Oxunub:1166
Qaradağda yol qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün saat 07:00 radələrində Qaradağ rayonu Bakı-Qazax yolunun 31-ci kilometrliyində " BMW " markalı minik avtomobili və "Mercedes" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMW" markalı minik avtomobilində olan sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiyaya uğramış minik avtomobilindən meyiti təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.


Teqlər:  





Xəbər lenti