Nazir vətəndaşlarla görüşəcək

 Nazir vətəndaşlarla görüşəcək
  06 İyun 2013    Oxunub:1373
İyunun 11-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Göyçay şəhərində vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, qəbulda Ağdaş, Ağsu, Zərdab, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Şamaxı, Bərdə, Ağcabədi, Ağdam rayonlarında yaşayan vətəndaşların, habelə Xankəndi və Laçın rayonlarından olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar Göyçay regional ədliyyə şöbəsinin (telefonu: (02167) 4-30-41; 050-383-89-92; Göyçay şəhəri, Nizami küçəsi 111), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

AzVison.az


Teqlər:





Xəbər lenti