Prezident “İmamzadə”yə 4 milyon ayırdı

Prezident  “İmamzadə”yə 4 milyon ayırdı
  05 İyun 2013    Oxunub:1240
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işləri tamamlamaq üçün 4 milyon manat ayırıb
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam verib.
Sərəncamda bildirilir ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işləri tamamlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin


Teqlər:  





Xəbər lenti