Nazirdən ağır ittiham

Nazirdən ağır ittiham
  19 Fevral 2013    Oxunub:2263
“İnsanlar bəzən pay torpaqlarında nə isə tikirlər. Qanun bunu qadağan edir. Əgər bələdiyyələr və digər yerli orqanlar buna icazə verirlərsə, göz yumurlarsa, bu, qanun pozuntusudur”.
AzVision.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazir bələdiyyələrin fəaliyyətini tənqid edərək bildirib ki, Azərbaycanda sürətlə yaşayış əraziləri salınır. İnsanlar bəzən pay torpaqlarında nə isə tikirlər: “Bu zaman yamacların dayanıqlığını azaldırlar, kəsirlər. Bunun da nəticəsində süni surətdə, antropogen amillər nəticəsində sürüşmə zonalarının sayı artır. Bu, əsas məsələdir. Həmin hallara qarşı tam effektiv nəzarət etmək mümkün deyil. Mövcud qanunlar belə halların qarşısını almaq üçün yetərlidir. Qanun bunu qadağan edir. Əgər bələdiyyələr və digər yerli orqanlar buna icazə verirlərsə, göz yumurlarsa, bu, qanun pozuntusudur. Qanunları yerinə yetirmək lazımdır”.



Teqlər:





Xəbər lenti