30 dərəcə isti olacaq

30 dərəcə isti olacaq
  05 İyun 2013    Oxunub:1052
Şərq küləyi əsəcək
Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyunun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Cənub-şərq küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 16-21 dərəcə, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu 19-22 dərəcəyə çatacaq.

Rayonlarda iyunun 6-da hava şəraitinin əsasən yağmursuz, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 18-24 isti dərəcə olacaq.


Teqlər:





Xəbər lenti