Rövnəq Abdullayev isveçlilərlə görüşüb

Rövnəq Abdullayev isveçlilərlə görüşüb
  05 İyun 2013    Oxunub:1268
ARDNŞ prezidenti Rövnəq Abdullayev İsveç Ticarət Nazirliyinin Baş katibi Günnar Oomun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ARDNŞ-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Günnar Oom bu gün Nobel qardaşlarının xatirə muzeyində olduqlarını, onların xidmətlərinin yüksək səviyyədə xatırlandığına görə Azərbaycan xalqına minnətdarlığını bildirib.

O deyib ki, ortaq dəyərlərimiz və tarixi irsimiz bu gün və gələcəkdə əməkdaşlıq üçün gözəl platforma yaradır.

İsveçdə neft hasil olunmadığını, amma neft şirkətlərinin, eləcə də bu sahəyə xidmət göstərən tanınmış iqtisadi qurumların olduğunu söyləyən qonaq həmin şirkətlərin Azərbaycanla və ölkəmizin neft sənayesinin aparıcı qüvvəsi olan SOCAR-la əməkdaşlığa böyük maraq göstərdiklərini söyləyib.

O, Beynəlxalq “Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası” sərgi-konfransının 20-ci ildönümü münasibəti ilə Azərbaycanın bütün neft və qaz sənayesi işçilərini təbrik edib.

R.Abdullayev ARDNŞ-ın Azərbaycanda, həmçinin Türkiyə və Gürcüstanda həyata keçirdiyi genişmiqyaslı investisya layihələri haqqında ətraflı məlumat verib, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu söyləyib.

Azərbaycanda əlverişli sərmayə mühitinin yaradıldığını vurğulayan ARDNŞ-nin prezidenti ölkəmizin yüksək texnologiyalar və iqtisadi baxımdan səmərəli xidmətlər təqdim edən İsveç şirkətləri üçün açıq olduğunu bildirib.




Teqlər:





Xəbər lenti