Neandertalların məhvinə dair yeni versiya

Neandertalların məhvinə dair yeni versiya
  04 İyun 2013    Oxunub:1913
Antropoloqlar müəyyən ediblər ki, neandertalların beynində görməyə cavabdeh olan vizual bölmə son dərəcə güclü inkişaf edibmiş. Bu barədə Oksford universitetinin alimləri tədqiqat aparıb və nəticələri “Proceedings of the Royal Society” jurnalında dərc etdiriblər.
Neandertallar təxminən 250 min il Avropada mövcud olublar və 28 min il əvvəl buz dövrü vaxtı məhv olublar. Neandertal adamların nəsillərinin kəsilməsinə səbəblərdən biri də budur ki, onların beyninin fərqli hissələri eyni dərəcədə inkişaf etməyib. 32 Homo sapiens və 13 neandertal kəllələrinin təhlili nəticəsində alimlər aydınlaşdırıblar ki, neandertal adamların göz yuvaları müasir insanlarla müqayisədə 6 millimetr daha dərində yerləşib. Bu, o deməkdir ki, neandertal adamların gözləri böyük olub, lakin düşüncə və sosial davranışla bağlı sahələr onlarda zəif inkişaf edib.

Alimlər izah edirlər ki, neandertallar işığın zəif olduğu və uzun gecələrin sürdüyü şimal enliklərində təkamül ediblər. Ona görə də gözləri və beynin görmə sahəsi bu cür güclü inkiaf edib.

Afrikadan köçmüş Homo sapienslər isə yüksək inkişaf etmiş görmə qabiliyyətinə malik olmayıblar, lakin bu çatışmazlığı qrupun digər üzvlərilə sıx ünsiyyət nəticəsində aradan qaldıra biliblər. Nəticədə müasir insanlar neandertallardan daha düşüncəli olublar və onları sıxışdırmağı bacarıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti