Leyla Əliyevanın təşəbbüsü ilə avtoyürüş keçirilir

Leyla Əliyevanın təşəbbüsü ilə avtoyürüş keçirilir
  04 İyun 2013    Oxunub:1298
“Bizim ümumi qələbəmiz” adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşə start verilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOР) sədri xanım Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Gənclərlə işi üzrə Federal Agentliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOР) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 6 may 2013-cü il tarixdən başlayaraq “Bizim ümumi qələbəmiz” adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşə start verilib.

“Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, II Dünya Müharibəsi və vətənimizin tarixinə marağın artırılmasından ibarətdir.

Marşruta əsasən “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüş iştirakçıları 6-7 iyun tarixlərində Quba rayonuna, 7-9 iyun tarixlərində Qəbələ rayonuna və 9-11 iyun tarixlərində isə Bakı şəhərinə səfər edəcəklər. 10 iyun 2013-cü il tarixində saat 11.00-da “Hilton Baku” mehmanxanasının “Sevda” zalında avtoyürüş iştirakçılarının iştirakı ilə görüş keçiriləcək



Teqlər:





Xəbər lenti