Mikayıl Cabbarov səfirlərlə görüşüb

Mikayıl Cabbarov səfirlərlə görüşüb
  04 İyun 2013    Oxunub:1383
Bu gün Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov İsveç Krallığı, Polşa Respublikası və Macarıstan Respublikasının ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirib.

AzVision.az xəbər verir ki, görüşlərdə İsveç tərəfindən səfir Mikael Eriksson, Polşa tərəfindən səfir Mixal Labenda, Macarıstan tərəfindən isə səfir Jolt Çutora iştirak ediblər.

Görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin genişləndirilməsi, təcrübə və tələbə mübadiləsi, münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsi məsələləri müzakirə edilib.



Teqlər:  





Xəbər lenti