“Petkim” investisiya xərclərini tam ödəyəcək

“Petkim” investisiya xərclərini tam ödəyəcək
  04 İyun 2013    Oxunub:1180
“Petkim” şirkəti Türkiyədə Konteyner limanından əldə edəcəyi gəlirlər hesabına investisiya xərclərini tam ödəyəcək.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan “Petkim” şirkəti Türkiyədə Konteyner limanından əldə edəcəyi gəlirlər hesabına investisiya xərclərini tam ödəyəcək.

Bunu ARDNŞ Türkiyə bölməsinin rəhbəri Kənan Yavuz bildirib.

Onun sözlərinə görə, ümumilikdə 17 milyard dollar xərclər nəzərdə tutulur ki, bu limandan əldə etdiyimiz gəlirlər “Petkim”ə ödədiyimiz pulu geri götürəcək. Bu limanın istifadə müddəti 28 ildir və “Petkim” Niderlandın «APM Terminals» şirkəti ilə birlikdə bu limanın istifadəsini həyata keçirəcək.

O vurğulayıb ki, 2018-ci ilə kimi “Petkim”in nəzərdə tutduğu layihələr başa çatdıqdan sonra, 2019-cu və sonraki illərdə, investisiya xərclərimiz 20 milyard dollara çatacaq.

“Hesab edirik ki, SOCAR-ın Türkiyədə həyata keçirdiy layihələrə xərclədiyi investisiya hesabına daha artıq gəlirlər əldə edəcək”.


Teqlər:  





Xəbər lenti