Nazirdən `Formula-1` ilə bağlı açıqlama

Nazirdən `Formula-1` ilə bağlı açıqlama
  24 İyun 2015    Oxunub:3682
Gələn il Bakıda “Formula 1”in debut yarışları keçiriləcək.
Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, hökumət layihədə fəal iştirak etmək və gənc pilotları dəstəkləmək fikrindədir. Nazir gələcəkdə Azərbaycanın milli komandasının olacağını da istisna etməyib.

2016-cı il Qran Prisindən danışan Rəhimov vurğulayıb ki, Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir.

Yarışların neçəyə başa gəlməsi barədə danışan A. Rəhimov bildirib ki, bu kommersiya sirridir.
(ans)


Teqlər:  





Xəbər lenti