Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq
  19 Fevral 2013    Oxunub:2327
Fevralın 20-də Bakıda hava yağışlı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yağış yağacağı, gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 20-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti