Əli Əhmədov Morningstarla görüşüb

Əli Əhmədov Morningstarla görüşüb
  03 İyun 2013    Oxunub:1186
Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morningstar ilə görüşüb.
Əli Əhmədov əvvəlcə ABŞ-ın Nyutaun şəhərindəki ibtidai məktəblərdən birində çoxsaylı insan tələfatı ilə nəticələnmiş faciə ilə bağlı cənab səfir Riçard Morningstara başsğlığı verdi və bu hadisənin Azərbaycanda dərin təəssüf hissi ilə qarşılandığını nəzərə çatdırıb.

Partiyanın mənzil qərargahında baş tutan görüşdə Azərbaycan ilə Amerika arasında mövcud əməkdaşlıq münasibətləri, əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, ölkəmizin geosiyasi durumu və cərəyan edən proseslər əsas müzakirə mövzusu olub.

YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.


Teqlər:





Xəbər lenti