TQDK-dan şagirdlərə xəbər var

TQDK-dan şagirdlərə xəbər var
  03 İyun 2013    Oxunub:1334
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 7-də bölgələrdə buraxılış imtahanı keçirəcək.
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2013-cü il iyun ayının 7-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirəcək.

Həmin rayonların buraxılış sinifinin şagirdlərinin imtahana buraxılış vərəqələri burada yerləşdirilib. Şagirdlər iş nömrəsi və ya şəxsiyyət vəsiqəsinin nömrəsindən və doğum tarixindən ( nümunə: 28/01/1993) istifadə etməklə imtahana buraxılış vərəqələrini çap edə bilərlər.



Teqlər:





Xəbər lenti